Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb
Ermənistan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın İrəvandakı səfiri Riçrd Millzin Qarabağ münaqişəsi ilə bağlı sözlərinə “artıq getməkdə olan səfirin” bəyanatı kimi yanaşılmasını məsləhət görüb.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Paşinyan bu gü jurnalistlərlə söhbət zamanı işlədib
“Biz öz mövqeyimizi ifadə etmişik və bununla bağlı hansıaa dəyişiklik etmək fikrimiz yoxdur”,- Paşinyan bildirib.
Xatırladaq ki, Riçard Millz EVN Report jurnalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının işğal olunmuş ərazilərin bir hissəsinin geri qaytarılmasından keçdiyini söyləmişdi.
Rubrika.Az
Facebook-da paylaş











