Əsas Səhifə > Dünya > ABŞ səfiri "Qarabağı qaytarın" dedi - Paşinyandan cavab
ABŞ səfiri "Qarabağı qaytarın" dedi - Paşinyandan cavab17-10-2018, 16:56 |
|
ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar. Rubrika.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib. “Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib" - Paşinyan bildirib. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən İrəvanda jurnalistlərə verdiyi açıqlamada işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etməyin mümkün olmayacağını bildirib. Rubrika.Az Geri qayıt |