ABŞ səfiri "Qarabağı qaytarın" dedi - Paşinyandan cavab
![]()
ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar.
Rubrika.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.
“Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib" - Paşinyan bildirib.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən İrəvanda jurnalistlərə verdiyi açıqlamada işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etməyin mümkün olmayacağını bildirib.
Rubrika.Az
Facebook-da paylaş








