Əsas Səhifə > Hadisə > Putin: İtkin düşmüş səudiyyəli jurnalistə görə ABŞ məsuliyyət daşıyır

Putin: İtkin düşmüş səudiyyəli jurnalistə görə ABŞ məsuliyyət daşıyır


18-10-2018, 20:44
Putin: İtkin düşmüş səudiyyəli jurnalistə görə ABŞ məsuliyyət daşıyır

ABŞ itkin düşmüş səudiyyəli jurnalist Camal Khaşoqinin taleyinə görə müəyyən mənada məsuliyyət daşıyır.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Bildiyimə görə, yoxa çıxmış jurnalist Rusiyada yox, ABŞ-da yaşayıb. Bu mənada əlbəttə ki, ABŞ onun başına gələnlərə görə məsuliyyət daşıyır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, C. Khaşoqi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Onun orada qətlə yetirildiyi iddia olunur.

Rubrika.Az
Geri qayıt