Putin: İtkin düşmüş səudiyyəli jurnalistə görə ABŞ məsuliyyət daşıyır
![]()
ABŞ itkin düşmüş səudiyyəli jurnalist Camal Khaşoqinin taleyinə görə müəyyən mənada məsuliyyət daşıyır.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Bildiyimə görə, yoxa çıxmış jurnalist Rusiyada yox, ABŞ-da yaşayıb. Bu mənada əlbəttə ki, ABŞ onun başına gələnlərə görə məsuliyyət daşıyır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, C. Khaşoqi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Onun orada qətlə yetirildiyi iddia olunur.
Rubrika.Az
Facebook-da paylaş








