Əsas Səhifə > Hadisə > Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb18-10-2018, 22:41 |
![]() Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Rubrika.Az “Report”un Mil-Muğan bürosu-na istinaden məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb. Belə ki, “Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |