Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Rubrika.Az “Report”un Mil-Muğan bürosu-na istinaden məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













