Əsas Səhifə > Hadisə > Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi
Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi23-10-2018, 23:41 |
|
UFC çempionatının iştirakçısı Artyom Lobov Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib. Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, A. Lobov UFC 223 şousu öncəsi dəhlizdə Həbiblə qarşılaşan zaman baş verən hadisə barədə danışıb. “Telefonla danışırdım, dəhlizdə Həbibi gördüm. Əlbəyaxa olmadan bir-birimizin ünvanına sərt sözlər işlətdik. Bundan sonra o yenə yaxınlaşdı, lakin bu dəfə yanında xeyli sayda insan var idi. Qəflətən cəsur oldu və davaya başladı”, - deyə o vurğulayıb. A.Lobov insident barədə xəbərlərin tez yayıldığını, lakin nə edəcəyini bilmədiyini deyib: “Çoxlu sayda mesaj gəldi, lakin heç kim faydalı məsləhət vermədi və dəstəkləmədi. Yalnız Konor Makqreqordan gələn mesaj yaxşı idi. O yazdı ki, artıq gəlir, kim, nə və niyəsi önəmli deyil. Sən qardaşsan, gəlirəm. Mən bilmirdim Konor kiminlə və nəyə görə gəlir. O anlayırdı ki, mən Bruklində təkəm, Həbib yanında isə 15-20 nəfər var”. Rubrika.Az Geri qayıt |