Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi
![]()
UFC çempionatının iştirakçısı Artyom Lobov Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.
Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, A. Lobov UFC 223 şousu öncəsi dəhlizdə Həbiblə qarşılaşan zaman baş verən hadisə barədə danışıb.
“Telefonla danışırdım, dəhlizdə Həbibi gördüm. Əlbəyaxa olmadan bir-birimizin ünvanına sərt sözlər işlətdik. Bundan sonra o yenə yaxınlaşdı, lakin bu dəfə yanında xeyli sayda insan var idi. Qəflətən cəsur oldu və davaya başladı”, - deyə o vurğulayıb.
A.Lobov insident barədə xəbərlərin tez yayıldığını, lakin nə edəcəyini bilmədiyini deyib:
“Çoxlu sayda mesaj gəldi, lakin heç kim faydalı məsləhət vermədi və dəstəkləmədi. Yalnız Konor Makqreqordan gələn mesaj yaxşı idi. O yazdı ki, artıq gəlir, kim, nə və niyəsi önəmli deyil. Sən qardaşsan, gəlirəm. Mən bilmirdim Konor kiminlə və nəyə görə gəlir. O anlayırdı ki, mən Bruklində təkəm, Həbib yanında isə 15-20 nəfər var”.
Rubrika.Az
Facebook-da paylaş















