Əsas Səhifə > Hadisə > Rayonlarda sərnişin avtobusları yenilənir
Rayonlarda sərnişin avtobusları yenilənir24-10-2018, 22:34 |
|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib. Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, bunu DANX-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, artıq Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir. Sabahdan həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq. Rubrika.Az Geri qayıt |