Rayonlarda sərnişin avtobusları yenilənir
![]()
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.
Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, bunu DANX-nin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, artıq Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir. Sabahdan həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.
Rubrika.Az
Facebook-da paylaş













