Əsas Səhifə > Hadisə > Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başlayıb
Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başlayıb25-10-2018, 11:44 |
![]() Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib. İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. Cinayət materiallarına əsasən, o, dövlət qeydiyyatından keçməyən 5 milyon 539 min manat məbləğində dərman preparatlarını satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib. Rubrika.Az Geri qayıt |