Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.
İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. Cinayət materiallarına əsasən, o, dövlət qeydiyyatından keçməyən 5 milyon 539 min manat məbləğində dərman preparatlarını satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.
Rubrika.Az
Facebook-da paylaş






