Əsas Səhifə > Hadisə > Bakıda müəllim şagirdi döydü
Bakıda müəllim şagirdi döydü27-10-2018, 20:20 |
![]() Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb. Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, İnformasiyaya görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir. Bildirilir ki, həmin ərazidə qaçqın və məcburi köçkün uşaqlarının oxuduğu onlarla məktəb var. Bu biabırçı hadisəyə Təhsil Nazirliyindən hələlik heç bir reaksiya verilməyib. Rubrika.Az Geri qayıt |