Bakıda müəllim şagirdi döydü

Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb.
Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, İnformasiyaya görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib.
Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir.
Bildirilir ki, həmin ərazidə qaçqın və məcburi köçkün uşaqlarının oxuduğu onlarla məktəb var.
Bu biabırçı hadisəyə Təhsil Nazirliyindən hələlik heç bir reaksiya verilməyib.
Rubrika.Az
Facebook-da paylaş











