Əsas Səhifə > Hadisə > Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb
Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb31-10-2018, 22:30 |
![]() Tovuz rayonunda 9 yaşlı uşaq yük maşınından yıxılaraq xəsarət alıb. Rubrika.Az "Report"un Qərb bürosu-na istinaden məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. Belə ki, 9 yaşlı Fəqan Xəqani oğlu Həsənov "QAZel" markalı yük avtomobilindən yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |