Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb

Tovuz rayonunda 9 yaşlı uşaq yük maşınından yıxılaraq xəsarət alıb.
Rubrika.Az "Report"un Qərb bürosu-na istinaden məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, 9 yaşlı Fəqan Xəqani oğlu Həsənov "QAZel" markalı yük avtomobilindən yıxılaraq ağır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












