Əsas Səhifə > Hadisə > Piyadanı vurub qaçan sürücü axtarışa verildi

Piyadanı vurub qaçan sürücü axtarışa verildi


2-11-2018, 18:21
Piyadanı vurub qaçan sürücü axtarışa verildi

Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.

Rubrika.Az xeber verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 1-də saat 20:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Rubrika.Az
Geri qayıt