Piyadanı vurub qaçan sürücü axtarışa verildi
![]()
Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.
Rubrika.Az xeber verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 1-də saat 20:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Rubrika.Az
Facebook-da paylaş













