Əsas Səhifə > Hadisə > Ölüm xəbəri yayılan müğənni: Sağam
Ölüm xəbəri yayılan müğənni: Sağam3-11-2018, 23:25 |
|
Artıq 15 ilə yaxındır müğənni Avril Lavinin intihar etməsi haqda iddialar yayılıb. Rubrika.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Avstraliyada yayımlanan radio verilişlərindən birinə qonaq olub. 34 yaşlı sənətçinin verdiyi açıqlama maraqla qarşılanıb: "Bəziləri mənim gerçək olduğuma inanmır. Bu çox qəribədir. Mən sağam və bu vəziyyətə sadəcə gülürəm. Niyə belə düşündüklərini anlamıram". Qeyd edək ki, rok sənətçisinin fanatları onun əslində 2003-cü ildə evində öldüyünü, lakin bunun mediadan gizlədildiyini iddia edirlər. Onların fikrincə, hazırda özünü A.Lavin kimi təqdim edən qadın ona əkizi qədər bənzəyən Melissa Vandelladır. Rubrika.Az Geri qayıt |