Ölüm xəbəri yayılan müğənni: Sağam
![]()
Artıq 15 ilə yaxındır müğənni Avril Lavinin intihar etməsi haqda iddialar yayılıb.
Rubrika.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Avstraliyada yayımlanan radio verilişlərindən birinə qonaq olub. 34 yaşlı sənətçinin verdiyi açıqlama maraqla qarşılanıb:
"Bəziləri mənim gerçək olduğuma inanmır. Bu çox qəribədir. Mən sağam və bu vəziyyətə sadəcə gülürəm. Niyə belə düşündüklərini anlamıram".
Qeyd edək ki, rok sənətçisinin fanatları onun əslində 2003-cü ildə evində öldüyünü, lakin bunun mediadan gizlədildiyini iddia edirlər. Onların fikrincə, hazırda özünü A.Lavin kimi təqdim edən qadın ona əkizi qədər bənzəyən Melissa Vandelladır.
Rubrika.Az
Facebook-da paylaş















