Əsas Səhifə > Hadisə > Bakıda tanışını bıçaqlayan qadının məhkəməsi başlayıb
Bakıda tanışını bıçaqlayan qadının məhkəməsi başlayıb6-11-2018, 11:09 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Səmayə Atakişiyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Rubrika.Az-in "Report"a istinadla xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib. Qeyd edək ki, S.Atakişiyeva Bakıda tanışı Nuranə Həsənovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.Atakişiyeva barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Rubrika.Az Geri qayıt |