Bakıda tanışını bıçaqlayan qadının məhkəməsi başlayıb
![]()
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Səmayə Atakişiyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Rubrika.Az-in "Report"a istinadla xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, S.Atakişiyeva Bakıda tanışı Nuranə Həsənovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.Atakişiyeva barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Rubrika.Az
Facebook-da paylaş











