Əsas Səhifə > Hadisə > Tovuzda təhlükəli tapıntı - FOTO

Tovuzda təhlükəli tapıntı - FOTO


6-11-2018, 21:28
Tovuzda təhlükəli tapıntı - FOTO

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində partlamamış hərbi sursatın tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları kənddə bir evə və həyətyanı sahəyə baxış keçiriblər.

Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tovuzda təhlükəli tapıntı - FOTO
Tovuzda təhlükəli tapıntı - FOTO
Tovuzda təhlükəli tapıntı - FOTO
Tovuzda təhlükəli tapıntı - FOTO

Rubrika.Az
Geri qayıt