Tovuzda təhlükəli tapıntı - FOTO
![]()
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində partlamamış hərbi sursatın tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları kənddə bir evə və həyətyanı sahəyə baxış keçiriblər.
Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. ![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş














