Əsas Səhifə > Hadisə > Paşinyan Qarabağdan getdi – Separatçılar təlimə başladı

Paşinyan Qarabağdan getdi – Separatçılar təlimə başladı


7-11-2018, 11:50
Paşinyan Qarabağdan getdi – Separatçılar təlimə başladı

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılar hərbi təlimlərə başlayıb.

Rubrika.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gündən etibarən başlayan taktiki təlimlər noyabrın 10-dək davam edəcək.

Təlimlərdə məqsəd Ermənistanın işğal bölgəsində dislokasiya edilmiş birliklərinin döyüş qabiliyyətini artırmaqdır.

Qeyd edək ki, noyabrın 2-də Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa gəlmişdi.

O, üç günlük səfər çərçivəsində Qarabağda Ermənistanın müdafiə və təhlükəsizlik strukturlarının iştirakı ilə iclas keçirmişdi.

Rubrika.Az
Geri qayıt