Paşinyan Qarabağdan getdi – Separatçılar təlimə başladı
![]()
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılar hərbi təlimlərə başlayıb.
Rubrika.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gündən etibarən başlayan taktiki təlimlər noyabrın 10-dək davam edəcək.
Təlimlərdə məqsəd Ermənistanın işğal bölgəsində dislokasiya edilmiş birliklərinin döyüş qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, noyabrın 2-də Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa gəlmişdi.
O, üç günlük səfər çərçivəsində Qarabağda Ermənistanın müdafiə və təhlükəsizlik strukturlarının iştirakı ilə iclas keçirmişdi.
Rubrika.Az
Facebook-da paylaş












