Əsas Səhifə > Hadisə > Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib


7-11-2018, 19:50
Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı olub.


Rubrika.Az “Report”un Mil-Muğan bürosu-na istinaden məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.


Rubrika.Az
Geri qayıt