Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib
![]()
Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı olub.
Rubrika.Az “Report”un Mil-Muğan bürosu-na istinaden məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.
Rubrika.Az
Facebook-da paylaş













