Əsas Səhifə > Hadisə > Qəzada yaralanan erməni hərbçilər Gorus və Sisian hospitallarına aparılıblar

Qəzada yaralanan erməni hərbçilər Gorus və Sisian hospitallarına aparılıblar


7-11-2018, 20:42
Qəzada yaralanan erməni hərbçilər Gorus və Sisian hospitallarına aparılıblar

Ermənistan ordusunun bu gün baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan hərbçiləri Gorus və Sisian hospitallarına yerləşdirilib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, 7 noyabrda günorta saatlarında, Gorus-Qubadlı yolunun 39-cu kilometrliyində qəzaya uğrayan KamAZ-da ümumilikdə 21 hərbçi olub. Onların 2-si kabinədə, 19-u isə yük yerində oturubmuş.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, ölən 4 nəfərdən başqa heç kimin həyatına təhlükə yoxdur.

Lakin o da qeyd olunub ki, 8 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıblar və müalicə olunurlar.


Rubrika.Az
Geri qayıt