Qəzada yaralanan erməni hərbçilər Gorus və Sisian hospitallarına aparılıblar

Ermənistan ordusunun bu gün baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan hərbçiləri Gorus və Sisian hospitallarına yerləşdirilib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, 7 noyabrda günorta saatlarında, Gorus-Qubadlı yolunun 39-cu kilometrliyində qəzaya uğrayan KamAZ-da ümumilikdə 21 hərbçi olub. Onların 2-si kabinədə, 19-u isə yük yerində oturubmuş.
Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, ölən 4 nəfərdən başqa heç kimin həyatına təhlükə yoxdur.
Lakin o da qeyd olunub ki, 8 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıblar və müalicə olunurlar.
Rubrika.Az
Facebook-da paylaş






