Əsas Səhifə > Hadisə > Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi
Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi7-11-2018, 22:26 |
|
UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz irlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, o, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib. “Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm. Həbib artıq qisasını alıb, mən isə hələ yox”, - deyə o vurğulayıb. Əli Əbdel-Əziz həmçinin Makqreqorla Floyd Meyvezeri güclü və ciddi rəqib saymadığını bildirib. Rubrika.Az Geri qayıt |