Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi
![]()
UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz irlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, o, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib.
“Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm. Həbib artıq qisasını alıb, mən isə hələ yox”, - deyə o vurğulayıb.
Əli Əbdel-Əziz həmçinin Makqreqorla Floyd Meyvezeri güclü və ciddi rəqib saymadığını bildirib.
Rubrika.Az
Facebook-da paylaş









