Əsas Səhifə > Hadisə > İranın neft naziri: "Neftin qiyməti yaxın zamanda qalxacaq"
İranın neft naziri: "Neftin qiyməti yaxın zamanda qalxacaq"8-11-2018, 21:45 |
![]() "ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq". Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib. Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: “Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”. Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: “Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”. Rubrika.Az Geri qayıt |