İranın neft naziri: "Neftin qiyməti yaxın zamanda qalxacaq"

"ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq".
Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.
Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: “Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”.
Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: “Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”.
Rubrika.Az
Facebook-da paylaş















