Əsas Səhifə > Hadisə > Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür

Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür


13-11-2018, 20:56
Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətindən sonra İstanbuldakı Baş Konsulluğunun binasını başqa yerə köçürür.

Rubrika.Az İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun köçürülməsi barədə XİN-ə müraciət etmədiyi də vurğulanıb.

Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.


Rubrika.Az
Geri qayıt