Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətindən sonra İstanbuldakı Baş Konsulluğunun binasını başqa yerə köçürür.
Rubrika.Az İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun köçürülməsi barədə XİN-ə müraciət etmədiyi də vurğulanıb.
Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.
Rubrika.Az
Facebook-da paylaş













