Əsas Səhifə > Hadisə > Tovuzda 41 yaşlı qadını avtomobil vurub

Tovuzda 41 yaşlı qadını avtomobil vurub


15-11-2018, 22:10
Tovuzda 41 yaşlı qadını avtomobil vurub

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az "Report"un Qərb bürosu-na istinaden məlumatına görə, Tovuz rayonunun Düz Cırdaxan kənd sakini, 1977-ci il təvəllüdlü İşadə Müzəffər qızı Əliyevanı Əyyublu kəndi ərazisində avtomobil vurub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt