Tovuzda 41 yaşlı qadını avtomobil vurub

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az "Report"un Qərb bürosu-na istinaden məlumatına görə, Tovuz rayonunun Düz Cırdaxan kənd sakini, 1977-ci il təvəllüdlü İşadə Müzəffər qızı Əliyevanı Əyyublu kəndi ərazisində avtomobil vurub.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








