Əsas Səhifə > Hadisə > Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi
Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi16-11-2018, 20:21 |
|
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının damında, ümumi sahəsi 9 m² olan texniki otaqda liftin mühərriki yanıb. Rubrika.AzFHN-ə istinadən xəbər verir ki, yanğın yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Liftdə köməksiz vəziyyətdə qalmış 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Əməliyyat başa çatıb. Rubrika.Az Geri qayıt |