Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi
![]()
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının damında, ümumi sahəsi 9 m² olan texniki otaqda liftin mühərriki yanıb.
Rubrika.AzFHN-ə istinadən xəbər verir ki, yanğın yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Liftdə köməksiz vəziyyətdə qalmış 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Əməliyyat başa çatıb.
Rubrika.Az
Facebook-da paylaş
















