Əsas Səhifə > Hadisə > Xaçmazda qadını avtomobil vurub
Xaçmazda qadını avtomobil vurub22-11-2018, 22:24 |
|
Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az "Report"un Şimal bürosu-na istinaden məlumatına görə, şəhərin "Karusel" adlanan ərazisində 1964-cü il təvəllüdlü yerli sakin Mirzəyeva Məlahət Şəfi qızını avtomobil vurub. Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır. Bundan əvvəl Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb. Rubrika.Az Geri qayıt |