Xaçmazda qadını avtomobil vurub
![]()
Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az "Report"un Şimal bürosu-na istinaden məlumatına görə, şəhərin "Karusel" adlanan ərazisində 1964-cü il təvəllüdlü yerli sakin Mirzəyeva Məlahət Şəfi qızını avtomobil vurub.
Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.
Bundan əvvəl Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb.
Rubrika.Az
Facebook-da paylaş

















