Əsas Səhifə > Hadisə > Sabirabadda ağır yol qəzası olub, ölən və yaralanan var
Sabirabadda ağır yol qəzası olub, ölən və yaralanan var27-11-2018, 11:55 |
![]() Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.az “Report”a istinadla bildirir ki, Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor “Ford” markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub. Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |