Sabirabadda ağır yol qəzası olub, ölən və yaralanan var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az “Report”a istinadla bildirir ki, Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor “Ford” markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub. Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













