Əsas Səhifə > Hadisə > Şəkidə yol qəzası olub, 6 nəfər xəsarət alıb
Şəkidə yol qəzası olub, 6 nəfər xəsarət alıb30-11-2018, 10:20 |
![]() Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib. Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb. Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Rubrika.Az Geri qayıt |