Şəkidə yol qəzası olub, 6 nəfər xəsarət alıb

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.
Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Rubrika.Az
Facebook-da paylaş
















