Əsas Səhifə > Hadisə > Millimiz erməniləri Türkiyədə məğlub etdi

Millimiz erməniləri Türkiyədə məğlub etdi


30-11-2018, 18:19
Millimiz erməniləri Türkiyədə məğlub etdi

Türkiyənin Konya şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasında Olimpiadada millimiz Ermənistan yığmasını məğlub edib – 2,5:1,5.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, Məhəmməd Muradlı Armen Barseqyandan, Murad İbrahimli Artur Davtyandan üstün olub.

Abdulla Qədimbəyli Şant Sarqsyanla heç-heçəyə razılaşıb. Gövhər Beydullayeva isə Mamikon Qəribyana uduzub.

Qeyd edək ki, Şahmat Olimpiadası noyabrın 24-də başlayıb və dekabrın 3-də başa çatacaq.


Rubrika.Az
Geri qayıt