Millimiz erməniləri Türkiyədə məğlub etdi
![]()
Türkiyənin Konya şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasında Olimpiadada millimiz Ermənistan yığmasını məğlub edib – 2,5:1,5.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, Məhəmməd Muradlı Armen Barseqyandan, Murad İbrahimli Artur Davtyandan üstün olub.
Abdulla Qədimbəyli Şant Sarqsyanla heç-heçəyə razılaşıb. Gövhər Beydullayeva isə Mamikon Qəribyana uduzub.
Qeyd edək ki, Şahmat Olimpiadası noyabrın 24-də başlayıb və dekabrın 3-də başa çatacaq.
Rubrika.Az
Facebook-da paylaş















