Əsas Səhifə > Hadisə > Göytəpədə yanğın olub
Göytəpədə yanğın olub30-11-2018, 22:39 |
|
Cəlilabad rayonunda yanğın olub. Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində baş verib. Nəticədə ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |